PDF Oxu

Siyasət

  • 13

Polşa Prezidenti Lex Kaçinskinin rəsmi qarşılanma mərasimi

Polşa Prezidenti Lex Kaçinskinin rəsmi qarşılanma mərasimi
İyulun 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Polşa Prezidenti Lex Kaçinskini və xanımı Mariya Kaçinskanı səmimiyyətlə qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verdi. Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları İlham Əliyev və Lex Kaçinski fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Polşa Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Lex Kaçinskiyə, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.

Digər xəbərlər