Təhsilə Prezident qayğısı
Ölkəmizdə təhsilin müasir tələblər səviyyəsində inkişafını təmin edən və beynəlxalq təhsil sisteminə inteqrasiyaya geniş imkanlar verən mühüm dövlət proqramları qəbul edilib. Həmin proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturu müasirləşir, təhsil alanlar üçün bərabər imkanlar yaradılır, keyfiyyətin yaxşılaşdırılması və davamlı inkişaf istiqamətində əsaslı tədbirlər həyata keçirilir.
Son illər ərzində yeni tikilmiş, əsaslı təmir olunmuş və yenidən qurulmuş məktəblərin sayı 1600-ə çatıb. Hazırda yüksək maddi-texniki bazaya malik olan həmin məktəblərdə 700 mindən artıq şagird təhsil alır. Bununla yanaşı, qəza vəziyyətinə düşmüş və təlim üçün zəruri şəraiti olmayan ümumtəhsil məktəbləri hələ də qalmaqdadır.
Prezidentin imzaladığı Sərəncamda Azərbaycan Respublikasında təhsil sisteminin müasir tələblər səviyyəsində təşkilinin böyük əhəmiyyətini nəzərə alaraq, qəza vəziyyətində olan ümumtəhsil müəssisələrinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədə müvafiq hesab edilib.
Azərbaycan təhsilinin inkişafı üçün yeni təhsil Qanununun qəbul etdilməsinə ehtiyac vardır. Uzun müddətdir ki, müzakirə olunan bu Qanun, nəhayət ki, parlament tərəfindən qəbul edildi. Təhsil qanunu bütün ictimaiyyətin təsdiqini gözlədiyi bir qanundur.
Çox güman ki, bu qanundan sonra ali təhsil haqqında qanun olacaq. Ali təhsil sahəsində də gözlənilənlər çoxdur- istər struktur baxımından, istərsə də təlim metodları baxımından. Ölkəmizdə təhsil sistemində çox ciddi şəkildə iş gedir. Bir neçə il bundan öncə hər 1000 şagirdə bir kompyuter düşürdüsə, indi bu rəqəm 29 nəfərə bir kompyuterə qədər enib.
Yeri gəlmişkən, bu gün əsas hesab edilən problemlərdəən biri də informasiya texnologiyaları ilə bağlıdır. Məktəbdə tədrislə məşğul olan müəllimlərimizin çoxu artıq kompyuterlə bilgiləndirilib.
Azərbaycan təhsil sistemi bu gün artıq Qərbə inteqrasiya etməyə cəhd edir. Ölkəmiz 2005-ci ildən Boloniya sisteminə qoşulub. Bu sistemin xüsusi tələbləri var. Azərbaycanın təhsil sistemi də bu tələblərə uyğunlaşır.
Ölkə Prezidentinin təhsilə diqqəti böyükdür. Təhsilin inkişafı da elə bu diqqətdən asılıdır. Ölkənin maddi səviyyəsi təhsilin, intellektin gücündən asılıdır. Heydər Əliyev Fondunun məktəb tikilməsi yönündə apardığı işlər də cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.
Beləliklə, Azərbaycan Respublikasının, bütün sahələrində olduğu kimi, təhsildə də böyük inkişaf gedir. Dövlətimiz Azərbaycanda təhsilin inkişafına çox böyük diqqət yetirir. Təhsilin inkişafında əsas istiqamət olaraq təhsil sisteminin gücləndirilməsi istiqamətində işlər görülür.
Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində təhsil ocaqlarının kompyuterləşməsini qeyd etmək lazımdır. Bu sahədə qısa müddətdə böyük işlər görülüb. Məktəblərimizin tikintisi və təmiri ilə bağlı, onların avadanlıqlarla təmin olunması ilə əlaqədar işlər davam etdirilir.
Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, 1-11-ci siniflər dərsliklərlə pulsuz təmin olunurlar. Yeni qiymətləndirmə mexanizminin yaradılması işini Təhsil Nazirliyi artıq uğurla həyata keçirir. Bütün bunlar təkcə orta təhsil sistemində deyil. Cənab Prezidentin sərəncamı ilə məktəbəqədər təhsil sisteminin inkişafı ilə bağlı Dövlət Proqramının tətbiq edilməsi ilə bu sahədə də geniş işin aparılmasına başlanılıb.
Xüsusilə Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı böyük bir arzu reallaşıb. Artıq Azərbaycan özünün vəsaiti hesabına dünyanın ən nüfuzlu universitetlərində tələbələrinin oxumasını təmin edir. Xaricdə təhsil proqramı əsasında artıq 200-ə yaxın tələbəmiz xarici ölkələrdə təhsil alır. Bu il də 200-250 tələbənin xaricə göndərilməsi nəzərə alınıb.
2015-ci ilə qədər 5000 nəfər tələbənin xaricdə təhsil alması gözlənilir. Bu, böyük bir potensial olacaq, 2005-ci ilə qədər Azərbaycanda çox yüksək mütəxəssis axını gözlənilir. Bu da bütün sahələrin inkişafına böyük təkan verəcək.
Son illərdə Azərbaycanda yeni universitetlər yaradılıb. Xüsusilə, Moskva Dövlət Universitetinin Bakı filialını qeyd etmək lazımdır. Heç kimdə şübhə yoxdur ki, bu universitet qısa müddət ərzində nəinki Azərbaycanda, o cümlədən, regionda ən nüfuzlu təhsil müəssisəsinə çevriləcək.
Müəllim hazırlığı ilə əlaqədar artıq bütün istiqamətlərdə Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda, Azərbaycan Müəllimlər İnstitutunda xüsusi proqramlar, layihələr həyata keçirilir.
Azərbaycan təhsil sisteminin beynəlxalq əlaqələri Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı fonunda inkişaf edir. Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu artdıqca, Azərbaycanın beynəlxalq əlaqələri gücləndikcə, bu, özünü büruzə verəcək. Əgər 1999-cu ildə Azərbaycanda 1500 xarici tələbə təhsil alırdısa, indi bu rəqəm 7500 nəfərdir. Bunlar 50-yə yaxın ölkənin vətəndaşlarıdır.
Bu ölkələrin coğrafiyasının genişlənməsi və vətəndaşlarının sayının artması göstərir ki, artıq Azərbaycan dünyada yaxşı tanınır. Burada oxumaq, işləmək, yaşamaq üçün tam şərait yaradılıb. Azərbaycanda əcnəbi vətəndaşların sayının artması təhsilimizin imicidir. Baxmayaraq ki, dünyada böhran hökm sürür, Prezidentin təklifi və təşəbbüsü ilə məktəb tikintisi də davam edir, məktəblərin avadanlıqla təmin olunma işi davam edir, xaricdəki tələbələrin maliyyələşməsi də davam edir. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, son 5 ildə ölkədə 1600 məktəb tikilib. Bu, dünyada analoqu olmayan bir prosesdir. Bu yazıda qeyd etdiklərimiz Prezident İlham Əliyevin təhsil siyasətinin nəticələrini göstərən faktlardan yalnız bəziləri idi. q