PDF Oxu

Siyasət

  • 8

Prezident bir sıra Sərəncam və Fərmanlar imzalayıb

Prezident bir sıra Sərəncam və Fərmanlar imzalayıb
Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə, Azərbaycan Respublikası mülki məcəlləsinə, Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinə, "banklar haqqında" Azərbaycan Respublikasının qanununa və "Azərbaycan Respublikasının mərkəzi bankı haqqında" Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında, Azərbaycan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında, "dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli qanununun tətbiq edilməsi haqqında, "Azərbaycan Respublikası Füzuli Rayonunun Ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq Bələdiyyələrinin Yaradılması Haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb.
Dövlət başçısı eyni zamanda əhalinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında, "Televiziya və Radio Yayımı Haqqında" Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında, Sahib Nurəddin oğlu Ələkbərovun Bakı şəhəri Səbail rayonu icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında, Asif Yunis oğlu Əsgərovun Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsindən azad edilməsi haqqında, Asif yunis oğlu Əsgərovun Bakı Şəhəri Səbail rayonu icra hakimiyyətinin başçısı təyin edilməsi haqqında, Eltun Xaləddin oğlu İsgəndərova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında, Sultan Məhəmməd oğlu Qasımovun Rusiya Federasiyasinin Yekaterinburq şəhərində Azərbaycan Respublikasinin baş konsulu təyin edilməsi haqqında, "Naxçıvan Muxtar Respublikasinin Naxçıvan şəhərinin və Babək Rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasi qanununun tətbiq edilməsi barədə, "Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli qanunu ilə təsdiq edilmiş "gömrük orqanlarinda xidmət haqqında əsasnamə"yə əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında, "Yanğin təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli qanununun tətbiq edilməsi barədə, Azərbaycan Respublikası əmlak məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında, Bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında, Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi haqqında, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb.

Digər xəbərlər