PDF Oxu

Siyasət

  • 11

Prezident Fərman və Sərəncamlar imzalayıb

Prezident Fərman və Sərəncamlar imzalayıb
Ölkə Prezidenti İlham Əliyev bir sıra Fərman və Sərəncamlar imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikasının diasporla iş üzrə Dövlət Komitəsinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamlarında dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına və "Dövlət Qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına dəyişiklik və əlavələr edilməsi barədə, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20 yanvar şəhidi" fəxri adı haqqında əsasnamə"də dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdlərinin verilməsi haqqında Fərman və Sərəncam imzalayıb.

Digər xəbərlər