Prezident Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev bir sıra Fərman və Sərəcamlar imzalayıb. Ölkə Prezidenti qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə, "Saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli qanununun tətbiq edilməsi barədə, "Polis haqqında" Azərbaycan Respublikasının qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli qanununun tətbiq edilməsi haqqında, "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli qanununun tətbiq edilməsi haqqında, "Azərbaycan Respublikasının mülki prosessual məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli qanununun tətbiq edilməsi barədə