PDF Oxu

Siyasət

  • 9

Prezident İlham Əliyev ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Dersini qəbul edib

Prezident İlham Əliyev ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Dersini qəbul edib
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev xanım Ann Dersin ölkəmizdə səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına öz töhfəsini verdiyini bildirdi və gələcək fəaliyyətində ona müvəffəqiyyətlər arzuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
Xanım Ann Ders ABŞ-Azərbaycan əlaqələrinin hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini dedi. O, bu əlaqələrin bütün istiqamətlərdə daha da gücləndirilməsi üçün səyləri davam etdirməyin zəruriliyini vurğuladı. Diplomat Azərbaycandakı üç illik fəaliyyəti dövründə əlaqələrimizin yeni sahələrinin müəyyən edilməsinə çalışdığını bildirdi.

Digər xəbərlər