PDF Oxu

Siyasət

  • 13

Nizami Bəhmənovun ordeni ailəsinə təqdim olundu

Nizami Bəhmənovun ordeni ailəsinə təqdim olundu
Uzun illər "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri, Şuşa rayon icra hakimiyyətinin başçısı olmuş mərhum Nizami Bəhmənovun Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduğu "Şöhrət" ordeni onun ailə üzvlərinə təqdim edilib. Mükafatı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov təqdim edib. Baş nazirin müavini deyib ki, ölkə başçısı İlham Əliyev Nizami Bəhmənovun həm icma rəhbəri, həm də rayon icra hakimiyyətinin başçısı kimi fəaliyyətini yüksək qiymətləndirib. Nizami Bəhmənovun həyat yoldaşı Zemfira Bəhmənova diqqət və qayğıya görə ailəsi adından dövlət başçısına minnətdarlıq edib: "Dövlətimizin başçısı İlham Əliyevin bu diqqəti təkcə bizim ailəmizə deyil, eyni zamanda, bütün qarabağlılara münasibətin göstəricisidir."

Digər xəbərlər