PDF Oxu

Siyasət

  • 8

Hesablama Palatasının gənc əməkdaşları Heydər Əliyev Fondunda olublar

Hesablama Palatasının gənc əməkdaşları Heydər Əliyev Fondunda olublar
Hesablama Palatası Aparatının gənc əməkdaşları iyunun 12-də Heydər Əliyev Fondunu ziyarət ediblər.
Bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş, müasir müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Fonda gələn gənc mütəxəssislər buradakı zəngin ekspozisiya ilə yaxından tanış olublar. Qonaqlara beş il bundan əvvəl yaradılmış Fondun çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilib.
Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir. Qonaqlar ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dahi şəxsiyyət haqqında kitablarla maraqla tanış olublar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara xüsusi maraq göstəriblər. Məlumat verilib ki, ümummilli lider elm və mədəniyyət xadimlərinə, Azərbaycanın bayrağını beynəlxalq yarışlarda yüksəklərə qaldıran idmançılara, xüsusilə də istedadlı gənclərə daim böyük qayğı və diqqətlə yanaşıb. Fondla tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Digər xəbərlər