PDF Oxu

Siyasət

  • 7

Prezident Sərəncam imzalayıb

Prezident Sərəncam imzalayıb
Prezident İlham Əliyev  əhaliyə göstərilən  səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün   tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinin 1 nömrəli xəstəxanasının təmirinin başa çatdırılması və avadanlıqlarla təchiz edilməsi üçün 5,0 (beş) milyon manat, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təmir işlərinin tamamlanması və texnoloji proseslərin müasirləşdirilməsi üçün 5,0 (beş) milyon manat, Respublika Klinik Uroloji Xəstəxanasının təmirinin başa çatdırılması və avadanlıqlarla təchiz edilməsi üçün 2,0 (iki) milyon manat olmaqla, cəmi 12 (on iki) milyon manat məbləğində vəsait ayrılsın.
Bundan başqa, Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ayrılmasını təmin etsin.

Digər xəbərlər