Prezidentə təbrik məktubları gəlməkdədir
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə xarici ölkələrin dövlət və hökumət başçıları tərəfindən Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdədir. İspaniyanın Kralı birinci Xuan Karlos, Küveyt dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Niderlandın Kraliçası Beatriks, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika Azərbaycan Prezidentinə göndərdikləri təbrik məktublarında ölkəmizin Prezidentinə və xalqımıza ən əziz arzularını və istəklərini ifadə ediblər.