Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinin təcili və təxirəsalınmaz tibb xidməti üçün əlavə təcili tibbi yardım avtomobillərinin alınmasına 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılıb.