PDF Oxu

Siyasət

  • 9

Fil Qordon Barak Obamanının məktubunu Prezident İlham Əliyev çatdıracaq

Fil Qordon Barak Obamanının məktubunu Prezident İlham Əliyev çatdıracaq
İyun ayının 11-də Bakıya səfər edəcək ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Fil Qordon ABŞ prezidenti Barak Obamanının məktubunu Prezident İlham Əliyev çatdıracaq. SİA-nın məlumatına görə, bu barədə F.Qordon özü açıqlama verib.
"Səfər çərçivəsində F.Qordon Bakıda Azərbaycanın dövlət rəsmiləri ilə, o cümlədən prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirəcəm. Görüşlərdə əsasən enerji məsələləri müzakirə olunacaq", - deyə F.Qordon əlavə edib.
Qeyd edək ki, F.Qordonun Azərbaycana səfəri bir gün davam edəcək və görüş zamanı Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-ABŞ münasibətləri, enerji və digər məsələlərin müzakirə olunması nəzərdə tutulub.

Digər xəbərlər