PDF Oxu

Siyasət

  • 10

AĞASƏLİM MİRCAVADOV “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF OLUNMUŞDUR

AĞASƏLİM MİRCAVADOV “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF OLUNMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Dünən Gənclər və İdman Nazirliyində "2009-2014-cü illərdə Azərbaycan Respublikasında şahmatın inkişaf etdirilməsi barədə Dövlət Proqramı"nın təqdimat mərasimindən əvvəl nazir Azad Rəhimov "Şöhrət" ordenini Ağasəlim Mircavadova təqdim etmişdir. A.Mircavadov çıxış edərək, yüksək dövlət mükafatına layiq görüldüyünə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Digər xəbərlər