PDF Oxu

Siyasət

  • 14

Prezidentə təbrik məktubu göndərilib

Prezidentə təbrik məktubu göndərilib
Sloveniya Respublikasının Prezidenti Danilo Türk Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Prezident, İcazə verin, Sloveniya Respublikasının xalqı adından və öz adımdan Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizi təbrik edim, ölkənizə və onun vətəndaşlarına hərtərəfli inkişaf və rifah arzularımı çatdırım.
Fürsətdən istifadə edərək son dövrdə Sloveniya və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsindən məmnun olduğumu və həmin əlaqələrin gələcəkdə də həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə genişləndiriləcəyinə əminliyimi bildirmək istəyirəm.
Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Digər xəbərlər