Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev İsveçin Kralı əlahəzrət 16-cı Karl Qustava təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:Əlahəzrət, Milli bayramınız - İsveç bayrağı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə İsveç arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveç xalqına sülh və rifah diləyirəm."