İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. Dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin "Pulkovo-1" hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.
***
Dövlətimizin başçısı həmin gün Bakıya gəldi.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.