Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında qarşılanma
Prezident İlham Əliyev iyunun 4-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib. Dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin "Pulkovo-1" hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.