Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb
İyunun 4-də Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.