Prezident Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev bir sıra Fərman və Sərəncamlar imzalayıb. Ölkə Prezidenti Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Vaqif Səməd oğlu Vəkilovun (Vaqif Səmədoğlu) "Şərəf" ordeni ilə təltif edilməsi haqqında, Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında, Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı işçilərinə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdlərinin verilməsi haqqında, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası qanununda dəyişiklik və əlavələrin edilməsi barədə, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası qanununda dəyişiklik və əlavələrin edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında, Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanunu, "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının qanunun tətbiq edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb.