Prezidentin ünvanına təbrik məktubları gəlməkdədir
Respublika günü münasibəti ilə Prezident İlham Əliyevin ünvanına xarici ölkələrin dövlət və hökumət başçıları tərəfindən təbrik məktubları gəlməkdə davam edir. Misir Respublikasının Prezidenti Məhəmməd Hüsni Mübarək, Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaymiyev göndərdikləri məktublarda Azərbaycan dövlətinin başçısına və xalqımıza öz xoş arzularını və diləklərini ifadə ediblər.