PDF Oxu

Siyasət

  • 11

Azərbaycan - Gürcüstan tərəfdaşlığı bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycan - Gürcüstan tərəfdaşlığı bütün sahələrdə uğurla inkişaf edir
Prezident İlham Əliyev iyunun 1-də Gürcüstanın Baş naziri Nika Qilaurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Gürcüstanın Baş naziri Nika Qilauri Prezident Mixeil Saakaşvilinin salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdı. Energetika naziri olduğu dövrdə Azərbaycana tez-tez səfər etdiyini vurğulayan qonaq, ölkələrimiz arasında energetika sahəsində mövcud əməkdaşlığa toxundu və bu əməkdaşlığın daha da möhkəmlənməsində iyunun 2-də Bakıda keçiriləcək 16-cı Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransının əhəmiyyətini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi və energetika sahəsində uğurla inkişaf etdiyini dedi, Gürcüstanın Baş nazirinin ölkəmizə bu səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyini vurğuladı. 16-cı Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından bu sərginin önəmini qeyd etdi.
Dövlətimizin başçısı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Digər xəbərlər