PDF Oxu

Siyasət

  • 13

Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilişi böyük nailiyyətdir

Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilişi böyük nailiyyətdir
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstar ölkəmizə sonuncu dəfə səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü ehtiramla xatırladı. O, həmin səfərinin Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilişinə başlanılması kimi əlamətdar hadisə ilə əlaqədar olduğunu bildirdi, bu layihənin regional və dünya miqyaslı əhəmiyyətini qeyd etdi. Sonra Riçard Morninqstar ABŞ Prezidenti Barak Obamanın məktubunu Azərbaycan Prezidentinə çatdırdı.
Dövlətimizin başçısı Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilişini böyük nailiyyət kimi dəyərləndirərək, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu digər iri enerji layihələrinin də enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin mühüm məsələlər üzrə birgə işləri bundan sonra da davam etdirəcəyinə əminliyini bildirdi.

Digər xəbərlər