Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanoya təbrik məktubu göndərib.
Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Biz Azərbaycan-İtaliya münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımız və ölkələrimiz arasındakı dostluğun möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin daha da genişlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına sülh və tərəqqi arzulayıram".