PDF Oxu

Siyasət

  • 10

Prezident Fərman imzalayıb

Prezident Fərman imzalayıb
Prezident İlham Əliyev Fərman imzalayıb. Prezidentin imzaladığı Fərmanda qeyd olunur ki, 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2009-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar. Həmçinin "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2009-cu ilin iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.
Fərmanda vurğulanır ki, Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.

Digər xəbərlər