PDF Oxu

Siyasət

  • 15

Ölkəmizlə Rusiya arasında enerji tərəfdaşlığı uğurla davam edir

Ölkəmizlə Rusiya arasında enerji tərəfdaşlığı uğurla davam edir
Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da Rusiya Federasiyasının energetika naziri, MDB-nin Elektroenergetika Şurasının (EEŞ) sədri Sergey Şmatkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rusiya Federasiyasının energetika naziri Sergey Şmatko Bakıda eyni vaxtda iki mühüm tədbirin - Azərbaycan-Rusiya hökumətlərarası birgə komissiyanın toplantısının və MDB ölkələrinin Elektroenergetika Şurasının növbəti iclasının keçirilməsinin əhəmiyyətini vurğuladı. O, MDB ölkələrinin Elektroenergetika Şurasının növbəti iclasında qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən dünyadakı maliyyə böhranı fonunda MDB ölkələrinin enerji strukturlarının payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı konstruktiv müzakirələrin aparıldığını qeyd etdi. Sergey Şmatko iclasda enerji sistemlərinin paralel fəaliyyət göstərməsinin təmin edilməsi ilə əlaqədar aparılan müzakirələrin də maraqla keçdiyini dedi. Elektoenergetika sisteminin vacib sahə olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli səviyyədə əməkdaşlığımızın böyük təcrübəyə malik olduğunu dedi və eyni zamanda çoxtərəfli əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu vurğuladı. Azərbaycan ilə Rusiyanın enerji imkanlarının bir-birini tamamladığını qeyd edən Prezident İlham Əliyev energetika sahəsində çox səmərəli regional əməkdaşlığın da yarana biləcəyini bildirdi. Ölkələrimiz arasında energetika sahəsində ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu sahədə yaxşı dinamikanın olduğunu bildirdi və lazım olan anlarda ölkələrimizin bir-birinə qarşılıqlı kömək göstərdiyini qeyd etdi. Prezident İlham Əliyev bu sahədə işlərin gələcəkdə də konstruktiv şəkildə inkişaf edəcəyinə əminliyini vurğuladı.

Digər xəbərlər