PDF Oxu

Siyasət

  • 10

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdədir

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdədir
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Prezident İlham Əliyevin ünvanına xarici ölkələrin dövlət və hökumət başçıları tərfindən təbrik məktubları gəlməkdə davam edir. Avstraliya İttifaqının General-qubernatoru Xanım Kventin Bryus, Litvanın Prezidenti Valdas Adamkus, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Neboyşa Radmanoviç, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı Polkovnik Müəmmar əl-Qəzzafi, Kuba Respublikasının Dövlət Şurası və Nazirlər Şurasının sədri Raul Rus Kastro, Meksikanın Prezidenti Felipe Kalderon İnoxosa, Tunis Respublikasının Prezidenti Zeynulabidin Ben Əli, Malta Respublikasının Prezidenti Corc Abela, İsveçin Kralı Karl Qustav, İrlandiyanın Prezidenti Meri Makalis, Omanın Sultanı Qabus bin Səid, Belçikanın Kralı Albert, Avstriya Respublikasının Federal Prezidenti Haynz Fişer dövlətimizin başçısına göndərdikləri təbrik məktublarında Respublika günü münasibəti ilə ölkəmizin Prezientinə və xalqımıza ən xoş arzularını ifadə ediblər.

Digər xəbərlər