Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib
Prezident İlham Əliyev mayın 29-da ATƏT-in Minsk qrupunun həmsədrləri Mətyu Brayzəni (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.