PDF Oxu

Siyasət

  • 14

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Prezidenti Horst Kölerə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Prezidenti Horst Kölerə təbrik məktubu göndərib
Prezidentin məktubunda deyilir:
"Hörmətli cənab Federal Prezident, Almaniya Federativ Respublikasının Federal Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Almaniya dövlətlərarası münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. Əminəm ki, əməkdaşlığımızın hərtərəfli inkişafı, qarşılıqlı maraq doğuran işbirliyimizin daha da dərinləşməsi, əlaqələrimizin bütün sahələrdə genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Digər xəbərlər