PDF Oxu

Siyasət

  • 12

Azərbaycan Dünya Bankı ilə səmərəli əməkdaşlıq edir

Azərbaycan Dünya Bankı ilə səmərəli əməkdaşlıq edir
Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləmin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq Dünya Bankının Azərbaycan ilə uzun illər uğurlu əməkdaşlıq etdiyini vurğuladı. Daha sonra Əsəd Aləm dedi: "Təmsil etdiyim qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri də Sizin rəhbərliyiniz altında Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi uğurlara dəstək verməkdən ibarətdir".
Dövlətimizin başçısı iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlər əldə edən ölkəmizin beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı ilə səmərəli əməkdaşlıq etdiyini bildirdi və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etdi.

Digər xəbərlər