Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Men Baka başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Koreya Respublikasının keçmiş Prezidenti Ro Mu Hyunun vəfatı xəbəri məni kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm."