PDF Oxu

Siyasət

  • 11

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə təbrik məktubu göndərib
Dövlət başçısının təbrikində deyilir: "Hörmətli cənab Prezident, Gürcüstanın milli bayramı - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq, mehriban qonşuluq şəraitində yaşamış, sıx tellərlə bir-birinə bağlı olmuşlar. Bu xoş ənənələr bu gün də müvəffəqiyyətlə davam edərək dövlətlərarası münasibətlərimizin inkişafında, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynamışdır.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm."

Digər xəbərlər