PDF Oxu

Siyasət

  • 11

Prezident İlham Əliyev Endi İnqlisi qəbul edib

Prezident İlham Əliyev Endi İnqlisi qəbul edib
Prezidenti İlham Əliyev mayın 22-də bp şirkətinin vitse-prezidenti Endi İnqlisi qəbul edib. Endi İnqlis dövlətimizin başçısına bp-Azərbaycan şirkətinin işçi heyəti ilə keçirdiyi görüşlər barədə məlumat verərək, ölkəmizdə bp-Azərbaycan şirkətinin həyata keçirdiyi işlərin çox uğurla getdiyini bildirdi. Bp şirkətinin vitse-prezidenti "Azəri-Çıraq-Günəşli" layihəsinin növbəti mərhələsi hesab olunan "Çıraq" layihəsi üzrə işlərin də müvəffəqiyyətlə aparıldığını dedi.
Dövlətimizin başçısı bp ilə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. İstehsal sahəsində işlərin yaxşı getdiyini bildirən Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Digər xəbərlər