Prezident bir sıra Sərəncamlar imzalayıb
Ölkə Prezidenti İlham Əliyev bir sıra Sərəncamlar imzalayıb. Dövlət başçısı "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında, Səfərli Vüqar Müzəffər oğlunun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsinə dair, Fərid Rauf oğlu Şəfiyevə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsinin verilməsi barədə, Fərid Rauf oğlu Şəfiyevin Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında, Azərbaycanda ekoloji mühitin və təbii sərvətlərin qorunmasındakı xidmətlərinə görə bir sıra şəxslərə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi barədə, Azərbaycanda ekoloji mühitin və təbii sərvətlərin qorunmasındakı xidmətlərinə görə bir sıra şəxslərin təltif edilməsi haqqında, Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin bir qrup üzvlərinin "Tərəqqi" medalı ilə təltif edilməsinə dair, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında Sərəncamlar imzalayıb.