Prezident İlham Əliyev General Bants Kraddokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev mayın 21-də ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı General Bants Kraddokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmış, regional əməkdaşlıq və beynəlxalq məsələlər müzakirə edilib.