ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
Gürcüstan Prezidenti Mixeil Saakaşvili mayın 20-də Fəxri xiyabana gəlib. Gürcüstan Prezidenti xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoydu, xatirəsini ehtiramla andı. Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzdü.