PDF Oxu

Siyasət

  • 12

Prezident İlham Əliyev Matyas Eörşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Matyas Eörşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da Macarıstan Parlamentinin Avropa İşləri üzrə komitəsinin sədri Matyas Eörşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın regionda lider dövlətə çevrildiyini bildirən Macarıstan Parlamentinin Avropa İşləri üzrə Komitəsinin sədri Matyas Eörşi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın ölkəsi ilə əməkdaşlığını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Macarıstana səfərini xatırladı və bu səfərin uğurla keçdiyini qeyd etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə, eyni zamanda Avropa İttifaqı çərçivəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev "Şərq tərəfdaşlığı" proqramının Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etməsinə şərait yaradacağına əminliyini bildirdi

Digər xəbərlər