Prezident İlham Əliyev Avropa Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib
Ölkə Prezidenti İlham Əliyev mayın 19-da Avropa İttifaqı Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.