PDF Oxu

Siyasət

  • 4

Bütün sahələrdə aparılan quruculuq işləri uğurla davam edir

Bütün sahələrdə aparılan quruculuq işləri uğurla davam edir
Prezident İlham Əliyev mayın 18-də Dövlət bayrağı meydanına gələrək, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə maraqlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət bayrağı meydanının yaradılması haqqında Sərəncam imzalayıb. Xatırladaq ki, həmin Sərəncama uyğun olaraq, 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulmuş, inşaat işlərinə başlanılıb. Tikinti işlərinin gedişi ilə müntəzəm maraqlanan dövlətimizin başçısı bir neçə dəfə bu meydana gələrək, inşaat işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib. Dövlət bayrağı meydanında işlər mütəxəssislər tərəfindən yüksək peşəkarlıqla hazırlanmış xüsusi layihə əsasında həyata keçirilir. Tikinti işlərinə xarici və yerli mütəxəssislər cəlb olunub. Mayın 18-də Prezident İlham Əliyev görülən işlərin gedişi ilə yaxından tanış olmaq üçün Dövlət bayrağı meydanına gəldi. Dövlətimizin başçısına həyata keçirilən inşaat işləri barədə məlumat verildi. Bildirildi ki, 20 min kvadratmetr ərazisi olan meydanda bütün lazımi infrastrukturun yaradılması istiqamətində ardıcıl işlər aparılır. Dayağının hündürlüyü 162 metr olan Dövlət bayrağının uzunluğu 70 metr, eni isə 35 metr, ümumi sahəsi 2450 kvadratmetrdir. Dövlət bayrağının çəkisi 350 kiloqram olacaq.
Prezident İlham Əliyev tikintinin keyfiyyəti və texniki göstəriciləri ilə maraqlandı, görülən işlərin yüksək standartlara uyğun olaraq həyata keçirilməsi ilə bağlı lazımi tapşırıqlarını verdi.

Digər xəbərlər