Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambülü qəbul edib
Prezident İlham Əliyev mayın 18-də İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambülü qəbul edib.
İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambül Azərbaycan ilə İsveçrə arasında siyasi sahədə dialoqun və məsləhətləşmələrin aparılmasının əhəmiyyətini vurğulayaraq səfərinin bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi işinə yaxşı imkan yaratdığını qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin sürətlə və uğurla inkişaf etdiyini bildirdi. İkitərəfli əlaqələrlə və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparmağın önəmini qeyd edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambülün ölkəmizə bu səfəri ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət edəcək.