PDF Oxu

Siyasət

  • 11

Prezident İlham Əliyev Estoniyanın sabiq Prezidenti Arnold Rüyteli qəbul edib

Prezident İlham Əliyev Estoniyanın sabiq Prezidenti Arnold Rüyteli qəbul edib
Prezident İlham Əliyev mayın 18-də Estoniyanın sabiq Prezidenti Arnold Rüyteli qəbul edib. Estoniyanın sabiq Prezidenti xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini ehtiramla xatırladı, istər sovetlər dönəmində, istərsə də müstəqilliyin ilk illərində xalqlarımızın üzləşdiyi ən çətin və böhranlı vaxtlarda ulu öndərin dəstəyini daim yaxından hiss etdiyini vurğuladı.
Dövlətimizin başçısı Estoniyanın sabiq Prezidenti Arnold Rüytelin ulu öndərlə həmişə yaxşı münasibətlərindən xəbərdar olduğunu dedi. Prezident İlham Əliyev dövlət başçıları arasında şəxsi münasibətlərin ikitərəfli əlaqələrin daha da genişlənməsində mühüm rol oynadığını vurğulayaraq, hazırda Azərbaycan-Estoniya münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Estoniyanın sabiq Prezidenti Arnold Rüytelin şərəfinə nahar verildi.

Digər xəbərlər