PDF Oxu

Siyasət

  • 15

Elmar Məmmədyarov İran səfiri ilə görüşüb

Elmar Məmmədyarov İran səfiri ilə görüşüb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, mayın 15-də nazir Elmar Məmmədyarov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Məhəmmədbaqir Bəhrami ilə görüşüb. Etimadnaməsinin surətini nazirə təqdim edən səfir M.Bəhrami Azərbaycana təyinatından məmnunluğunu bildirmiş, fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcəyini deyib. Səfiri yeni təyinatı münasibətilə təbrik edən nazir E.Məmmədyarov növbəti dövr ərzində Azərbaycan ilə İran arasında əməkdaşlığın daha da inkişafı üçün mövcud imkanlardan istifadə ediləcəyinə ümidvar olduğunu söyləyib.
Görüşdə Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Piter Semnebi Bakıya gələcək
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi mayın 19-20-də Azərbaycanda səfərdə olacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, səfər çərçivəsində P.Semnebi Azərbaycan rəsmiləri ilə, habelə diplomatik missiyaların nümayəndələri ilə görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan ilə Aİ arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, "Şərq tərəfdaşlığı" təşəbbüsü ilə bağlı məsələlər müzakirə olunacaq.

Digər xəbərlər