PDF Oxu

Siyasət

  • 11

Prezident Sərəncamlar imzalayıb

Prezident Sərəncamlar imzalayıb
Ölkə Prezidenti İlham Əliyev bir sıra Sərəncam və Fərmanlar imzalayıb. Dövlət başçısı "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında" Əsasnamənin yeni redaksiyası barədə," 2002-ci il mayın 30-da Moskva şəhərində imzalanmış Qərarın Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə təsdiq edilməsi barədə, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə" 2008-ci il mayın 23-də Minsk şəhərində imzalanmış Qərarın təsdiq edilməsi haqqında, "Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyaya dair, "Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyada nəzərdə tutulmuş səlahiyyətli orqanların müəyyən edilməsi barəsində və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"na əlavə edilməsi haqqında Fərman və Sərəncamlar imzalayıb.

Digər xəbərlər