Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 12-də Slovakiyanın Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabini qəbul edib.
Görüşdə ölkələrimiz arasında uğurla inkişaf edən əməkdaşlıq çərçivəsində ədliyyə sistemlərinin əlaqələrinin inkişaf etdirilməsi üçün geniş hüquqi bazanın mövcud olduğu vurğulandı. Azərbaycan Ali Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsinin ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyəti qeyd olundu.