PDF Oxu

Siyasət

  • 16

Azərbaycanda iqtisadi inkişaf prosesi uğurla davam edir

Azərbaycanda iqtisadi inkişaf prosesi uğurla davam edir
Prezident İlham Əliyev mayın 12-də "Teliasonera" şirkətinin prezidenti və baş icraçı direktoru Lars Niberqi qəbul edib.
"Teliasonera" şirkətinin prezidenti və baş icraçı direktoru Lars Niberq sonuncu dəfə ölkəmizdə ötən il səfərdə olduğunu və dünyadakı maliyyə böhranına baxmayaraq, ötən dövr ərzində Azərbaycanda sürətli tikinti və quruculuq işlərinin getdiyini məmnunluqla qeyd etdi.
Dövlətimizin başçısı dünyadakı maliyyə böhranının Azərbaycan iqtisadiyyatına o qədər də təsir göstərmədiyini, ölkədə iqtisadi inkişaf proseslərinin davam etdiyini dedi. Hazırkı dövrdə qeyri-neft sektorunda ÜDM-in 14 faiz olduğunu qeyd edən Prezident İlham Əliyev bu göstəricilərin getdikcə artacağını bildirdi. İnformasiya, kommunikasiya və texnologiyalar sektorunun Azərbaycanda prioritet sahələrdən biri olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizdə bu istiqamətdə də böyük işlərin görüldüyünü qeyd etdi.

Digər xəbərlər