PRAQADA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ GENİŞ MÜZAKİRƏ OLUNDU
Mayın 7-də Praqada, ABŞ səfirliyinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub. Hər iki ölkənin xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.