Prezident İlham Əliyev İsrailin baş nazirinin müavini və xarici işlər naziri Aviqdor Liberman ilə görüşüb
Çexiyada işgüzar səfərdə olan Prezident İlham Əliyev mayın 6-da Praqada İsrail Dövləti Baş nazirinin müavini və xarici işlər naziri Aviqdor Liberman ilə görüşüb. Görüşdə ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq əlaqələri müzakirə edildi, beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.