PDF Oxu

Siyasət

  • 15

Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə müşaviri xanım Meri Varliki qəbul edib

Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə müşaviri xanım Meri Varliki qəbul edib
Prezident İlham Əliyev mayın 5-də ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti məsələləri üzrə müşaviri xanım Meri Varlikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xanım Meri Varlik Azərbaycan Dövlət Neft Akademiyasında çoxsaylı insanların həlak olması ilə nəticələnmiş faciəli hadisə ilə əlaqədar ABŞ Prezidenti Barak Obamanın başsağlığını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmasının 15 illiyi münasibətilə Bakıda keçirilən "NATO-Azərbaycan: keçmişi qiymətləndirərək gələcəyə baxış" mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün səfər etdiyini dedi. Xanım Meri Varlik İraqda və Əfqanıstanda aparılan sülhməramlı əməliyyatlara Azərbaycanın verdiyi töhfəyə görə ABŞ-ın minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı ABŞ Prezidentinin başsağlığına görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycan-NATO əməkdaşlığına toxunan dövlətimizin başçısı bu əlaqələrin genişlənməsindən məmnunluğunu bildirdi.

Digər xəbərlər