PDF Oxu

Siyasət

  • 11

BAKI-TBİLİSİ-QARS DƏMİRYOLU XƏTTİ LAYİHƏSİNİN REALLAŞMASI ÜÇÜN İŞLƏR İNTENSİVLƏŞİR

BAKI-TBİLİSİ-QARS DƏMİRYOLU XƏTTİ LAYİHƏSİNİN REALLAŞMASI ÜÇÜN İŞLƏR İNTENSİVLƏŞİR
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti layihəsinin həyata keçirilməsi istiqamətində işlər plana uyğun davam etdirilir.
Mayın 9-da Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirləri layihənin icrası istiqamətində həyata keçirilən tədbirləri müzakirə etmək üçün İstanbulda görüşəcəklər. Görüşdə layihənin maliyyə və texniki tərəfləri müzakirə ediləcək.
Türkiyə tərəfinin təşkilatçılığı ilə keçiriləcək toplantının sonunda yekun sənədin imzalanması, mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər