Prezident İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimova başsağlığı məktubu göndərib
Ölkə Prezidentinin məktubunda deyilir:
"Hörmətli İslam Abduqəniyeviç, Qaşqadərya vilayətində baş vermiş avtomobil qəzası nəticəsində çoxsaylı insanların həlak olması barədə xəbər məni dərindən kədərləndirmişdir. Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi başsağlığı verirəm, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm."