PDF Oxu

Siyasət

  • 10

“Mehriban Əliyeva: Siyasətdə Milli və bəşəri dəyərlər. Çıxışlar, müsahibələr, müraciətlər, təbriklər” kitabı çapdan çıxıb

“Mehriban Əliyeva: Siyasətdə Milli və bəşəri dəyərlər. Çıxışlar, müsahibələr, müraciətlər, təbriklər” kitabı çapdan çıxıb
Heydər Əliyev Fondunun beş illik yubileyi ərəfəsində "Mehriban Əliyeva: Siyasətdə milli və bəşəri dəyərlər. Çıxışlar, müsahibələr, müraciətlər, təbriklər" kitabı işıq üzü görüb. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən hazırlanmış kitab Fondun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın nəcib və xeyirxah fəaliyyətinə həsr olunub. Nəfis tərtibatda çap olunmuş kitabda Mehriban xanım Əliyevanın Azərbaycanda və ölkəmizdən kənardakı tədbirlərdə 2004-cü ilin sentyabrından 2009-cu ilin martınadək olan dövrdəki çıxışları, müsahibələri, müraciətləri və təbrikləri toplanıb. Mehriban xanımın "Bu gün biz sülh və təhlükəsizliklə bağlı bir çox problemlər və çağırışlarla üzləşən dünyada yaşayırıq. Münaqişələr, beynəlxalq terrorçuluq, yoxsulluq, xəstəliklər insanların həyatına və daha yaxşı gələcəyə bəslənən ümidlərinə təhlükə olaraq qalır. Biz həmin çağırışlara birgə cavab verməliyik və gələn nəsillər üçün daha yaxşı gələcəyi birgə qurmalıyıq" sözləri ilə başlayan kitabdakı materiallarda Heydər Əliyev Fondu prezidentinin mədəniyyətin, incəsənətin, elmin, təhsilin, səhiyyənin və idmanın inkişafı sahəsində fəaliyyəti, eyni zamanda, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün dünyaya tanıdılması istiqamətində gördüyü işlər əksini tapıb. Rəngli şəkillərlə zəngin olan kitaba ön sözü BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza yazıb.

Digər xəbərlər